USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kamran Əliyev: Sərt karantin rejimi elan olunan ərazilərdə hərəkətə nəzarət gücləndirilib

Sərt karantin rejimi elan olunan ərazilərdə hərəkətə nəzarət gücləndirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, karantin rejimi tətbiq edilən ərazilərdəki postlar xidməti zərurətlə əlaqədar qurulub. Amma postun olub-olmamasından asılı olmayaraq, bəzi sərtləşdirmələrlə bağlı şənbə və bazar günlərində də təkcə postlarda yox, marşrutlarda da naryadların sayı artırılıb, xidmət gücləndirilib. Yəni, həm daxili işlər orqanlarının əməkdaşlarından, həm də Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar gücləndirilmiş iş rejimində xidmət aparırlar. Hərəkətin intensiv olduğu yol və yaxud məhəllələrarası yollardan asılı olmayaraq, bütün ərazilərdə - sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 16 inzibati ərazidə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir. Ona görə də əhalidən xahiş edirik ki, tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət etsinlər, müvafiq icazələri olmadan və zərurət yaranmadan yaşadıqları və ya olduqları evləri tərk etməsinlər.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməyən vətəndaşların qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunacaqlarını diqqətə çatdıran K.Əliyev deyib: “Yeri gəlmişkən, bir daha xatırladırıq ki, artıq həm karantin rejiminin pozulmasına, həm də karantin rejimi müddətində tibbi maskalardan istifadə edilməməsinə görə inzibati məsuliyyət artırılıb. Birinci növbədə tövsiyəmiz odur ki, insanlar özlərinin, yaxınlarının, doğmalarının və digər vətəndaşların sağlamlığını düşünsünlər. Bunu düşünməyən şəxslər ən azından tətbiq ediləcək cərimənin məbləğinin daha yüksək olmasını nəzərə alsınlar. Yəni, düşünməsinlər ki, karantin rejiminin bu tələblərinin pozulması təkcə cərimə ilə nəticələnir. Çünki bir daha qeyd edirik və vətəndaşlarımız da şahidi olurlar ki, karantin rejiminin pozulmasına səbəb olan bəzi hallarda hətta həmin şəxslər haqqında inzibati həbs cəzası da verilir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!