USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Riqa-Bakı aviareysinin bərpa olunacağı tarix açıqlanıb

Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprel ayının 28-dən etibarən Riqa-Bakı reysi üzrə uçuşları bərpa etməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə aviaşirkətin dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, Riqa-Bakı reysi hər iki istiqamətdə həftədə iki dəfə "Airbus A220-300" təyyarələri ilə həyata keçiriləcək. Riqadan təyyarə yerli vaxtla saat 22:45-də havaya qalxacaq və növbəti gün Bakı vaxtı ilə saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək, əks istiqamətdə isə uçuş 04:10-da yerinə yetiriləcək, Təyyarə Riqada 07:00-da enəcək.

Qeyd edək ki, Riqa-Bakı aviareysinə biletin qiyməti 131 avrodan (252 manat), hər iki istiqamət üzrə isə 211 avrodan (405 manat) başlayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!