USD - 1.7 EUR - 2.0061 RUB - 0.0231 TRY - 0.232 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib- YENİLƏNİB Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib Səfir Eldar Həsənov tutuldu - RƏSMİ Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub, 3 nəfər vəfat edib Zakir Həsənov: “İnşallah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə tutduğu Tovuz rayonunun Ağdam kəndində olub.

Ombudsman Aparatının mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, Ombudsman artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə baş çəkib.

S. Əliyeva bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib.

Baş verənlərlə bağlı monitorinq aparmaq üçün Tovuza gəldiklərini deyən Ombudsman mülki əhaliyə qarşı təcavüz törədildiyini vurğulayıb. O, toplanmış fakt və materiallar əsasında geniş hesabat hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcəklərini bildirib. Ombudsman Ermənistan Silahlı Qüvvələrinin təcavüz aktı nəticəsində Ağdam kəndinin sakini Əziz Əzizovun qətlə yetirildiyini diqqətə çatdırıb.

S. Əliyevanın sözlərinə görə, əlil olan, ahıl yaşlı Əziz Əzizov axşam yeməyinə hazırlaşarkən Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi ilə qətlə yetirilib: “Ahıl yaşlı Əziz Əzizov yeməyə hazırlaşarkən bu faciə baş verib. Çörək masanın üstündə qalıb”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio