USD - 1.7 EUR - 1.985 RUB - 0.0215 TRY - 0.2177 DAHA ÇOX
SON DƏQİQƏ
MN: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması barədə məlumatlar yalandır Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 tərəfindən vurulduğu barədə İrəvanın məlumatını təkzib edib   Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib "ASAN Məktub" - Vətən sərhəddən başlayır (FOTO) Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib  
Azərbaycan klublarının Avropa Liqasında rəqibləri müəyyənləşib

Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinə qatılacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” yeni mövsümdəki ilk rəqibi bəlli olub.

Bu, İsveçrənin Nyon şəhərindəki püşkatmada gerçəkləşib. 

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz bir oyundan ibarət mərhələnin görüşünü Bakıda keçirəcək.

Çempionatın bürünc mükafatçısı “Keşlə”yə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya paytaxtda çıxacaq.

Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. “Gənclik şəhəri” təmsilçisi debüt matçını evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də keçiriləcək.

YENİ XƏBƏRLƏR
DAHA ÇOX
Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio