USD - 1.7 EUR - 1.9608 RUB - 2.1123 TRY - 0.0381 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
“Azərbaycan əsgəri, səninləyik” aksiyası - VİDEO+FOTOLAR

“ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust - sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.

ASAN Radio xəbər verir ki, sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim olunub.

Həmçinin hərbi qulluqçulara "ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb.

Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

Aksiya “Azərsun Holdinq”in dəstəyi ilə həyata keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırki vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.

">

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!