Təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı və Mitost Assosiasiyasının dəstəy ilə gənclər üçün “Layihələrin idarə olunması” təlimləri keçirilib.
ASAN Radionun məlumatına görə, avqustun 31-dən sentyabrın 6-dək İnkişaf Zamanı Proqramı çərçivəsində “İncəsənət sosial inkişafda vasitə kimi” mövzusunda keçirilən onlayn təlimlərə Azərbaycanın müxtəlif bölgələrindən gənclər qatılıb.
Proqram iştirakçıları müxtəlif incəsənət vasitələrindən istifadə etməklə yeni layihələr hazırlayıblar.
Təlim zamanı gənclər layihə idarəçiliyin əsaslarını öyrənərək büdcə, effektiv kommunikasiya, iş bölgüsü, fandreyzinq, hədəf qrupları ilə iş, vaxtın idarə olunması və s. mövzulara dair biliklər əldə ediblər. Qeyri-formal təhsil vasitələrindən istifadə etməklə öyrənilən məlumatlar praktiki sessiyalarla davam edib. Eyni zamanda gənclərin təşəbbüslərinə dəstək vermək üçün mentorlar qrupu formalaşdırılıb və onlara 3 gün ərzində mentorluq təlimləri keçirilib.
5 ay müddətində davam edəcək proqram zamanı iştirakçılar incəsənət vasitələrindən istifadə etməklə yeni təşəbbüslər reallaşdıracaqlar.
XƏBƏR LENTİ