ADA Universitetinin Fondu ADA-nın iki yeni korpusuna və ADA parkına həsr edilmiş videonu ictimaiyyətə təqdim edib.
ASAN Radio bildirir ki, dronla çəkilən videonun əsas məqsədi ADA-nın daha əvvəl tikilmiş korpusları ilə yanaşı, yeni tikilən korpuslarının da daxili dizaynını və səmadan görünüşünü nümayiş etdirmək, yaşıllıqla əhatələnmiş ADA kampusunda salınan park vasitəsilə "ADA təbiəti"nin gözəlliklərini izləyicilərin diqqətinə çatdırmaqdır.
Videoda ADA Universitetinin Dövlət və İctimai münasibətlər və Biznes fakültələrinin, eləcə də ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin yerləşdiyi yeni korpusların və ADA parkının gecə görüntüləri də yer alıb.
Videoda səslənən və azərbaycanlı bəstəkar İsfar Sarabski tərəfindən bəstələnən "Planet" əsəri videonun ümumi süjet xətti ilə vəhdət təşkil edərək ADA-nı gənclərin gələcəklə bağlı arzularını reallaşdıra biləcəyi "planet içində planet" kimi təqdim edib.
Videonu ADA Universitetinin “YouTube” kanalında izləyə bilərsiniz:
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!