Azərbaycan Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, ikinci maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə görə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanıb.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vergi ödəyicilərinə ayrılacaq maliyyə vəsaitinin köçürülməsi üçün müvafiq məlumatlar Maliyyə Nazirliyinə təqdim edilib. Növbəti ödəmələr çərçivəsində 21 712 vergi ödəyicisinin 223 799 muzdlu işçisinə görə 50 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkən sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait alan və işçi saylarında ciddi azalmalara yol verməyən vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilməsi nəzərdə tutulub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!