"Bir neçə ay əvvəl Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicə olunur".
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində yaralı heyvanlara nəzarətlə bağlı sualı cavablandıran Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firudin Əliyev deyib: “Bir neçə ay əvvəl Şəkidə tutulmuş ayının aqibəti çoxlarını maraqlandırır. Bildirmək istəyirəm ki, həmin ayı hazırda nazirliyin reabilitasiya mərkəzində müalicə olunur. Karantinlə bağlı olaraq vətəndaşların reabilitasiya mərkəzinə girişinə icazə verilmir. Ayını görmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə gələrək, videosuna baxa bilərlər”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!