USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ceyhun Bayramov Pompeo ilə görüşəcək

ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 23-də Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşəcək.

Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Qeyd edilib ki, görüşün Vaşinqtonda keçirilməsi planlaşdırılır. Pompeo nazirlərlə təkbətək görüşəcək. Üçtərəfli görüş barədə hələ məlumat yoxdur. Pompeo əvvəlcə Bayramovla, daha sonra Mnatsakanyanla görüş keçirəcək.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün baş tutacağını istisna etməyib. .

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan Pompeonun Mnatsakanyanla oktyabrın 23-də Vaşinqtonda görüşünü təsdiqləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!