USD - 1.7 EUR - 2.0344 RUB - 0.0224 TRY - 0.2164 DAHA ÇOX
SON DƏQİQƏ
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur  Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb Azərbaycanda distant təhsilin müddəti dekabrın 30-dək uzadılıb Dövlət Komitəsi: İsveçdə “Ağdam” restoranının yandırılması ilə bağlı araşdırma aparılır
Hikmət Hacıyev: “Döyüş meydanında qalmış 30-a yaxın erməni hərbçinin meyiti bu gün Ermənistana verilib”

“İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası tərəfindən humanitar addım atılıb. Bu da Azərbaycanda olan, döyüş meydanında qalmış 30-a yaxın erməni əsgər və zabitin meyitinin Ermənistan tərəfinə verilməsidir”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtər rayonuna diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan 2 nəfər yaşlı erməninin də qarşı tərəfə verilməsi istiqamətində dövlətimizin başçısı tərəfindən təşəbbüs irəli sürülüb: “Belə tapşırıqlar verilmişdi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu xüsusda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin və şəxsən Rusiya Federasiya Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. İndilərdə bu əməliyyat başa çatdı.

Biz Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun bu prosesdə dəstəyini yüksək qiymətləndirməklə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycan Respublikasının humanitar dəyərlərə, beynəlxalq humanitar hüquqa, Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirir. İki ölkə arasında yaradılmış humanitar koridor vasitəsilə bu əməliyyat həyata keçirilib”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio