USD - 1.7 EUR - 2.0271 RUB - 0.0225 TRY - 0.2156 DAHA ÇOX
SON DƏQİQƏ
Baş Prokurorluq və DİN işğaldan azad olunmuş ərazilərə səfər etməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib   Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib   Baş Prokurorluq: Füzulidə dörd mülki şəxs minaya düşərək həlak olub   "Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib  
Dövlət Agentliyinin sədri GİZ-in nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Almaniya  Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan ofisinin direktoru Karin Hoerhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əməkdaşlıq istiqamətləri, o cümlədən birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim Mərkəzi”, “ABAD” etno-butiki, Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olub. 

Dövlət Agentliyi və GİZ Gəncə, Masallı və Qubada tətbiqi planlaşdırılan iki layihə üzrə əməkdaşlıq qurub. “Yerli İcra Hakimiyyətlərində ASAN Standartlarının Tətbiq Edilməsi”ni əhatə edən layihə çərçivəsində qanunverici baza, xidmətlərin elektronlaşma səviyyəsi, texniki və infrastruktur imkanlarının təhlili, yol xəritələrinin işlənməsi nəzərdə tutulur.  

“Yerli İcra Hakimiyyətləri Xidmətlərinin Elektronlaşdırılması” layihəsi isə aidiyyəti regionlarda rəqəmsal savadlılıq səviyyəsinin ölçülməsini, icra hakimiyyətlərinin İT infrastrukturu və mütəxəssis potensiallarının hesablanmasını, əldə edilən nəticələr əsasında ən çox ehtiyac duyulan xidmətlərin elektronlaşdırılmasını əhatə edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio