“Məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad olana qədər işğal altındakı ərazilərdə törədilən erməni vəhşiliyi barədə danışmışıq: “Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun, əsaslı faktlarla təqdim edə bilmirdik. İndi hər şey gözümüzün qarşısındadır. Burada, Füzuli şəhərinin qəbiristanlığında uyuyan vətəndaşlarımızın, soydaşlarımıza allahdan rəhmət diləyirik. Bir daha da Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasında canını fəda etmiş şəhidlərimizə allahdan rəhmət diləyirik. Azərbaycan vətəndaşı kimi gözümüzün qarşısında bu viranəlik var. Amma digər tərəfdən də fəxr edirik ki, torpaqlarımız nəhayət, işğaldan azad olundu. Onu da əmin edə bilərik ki, Ali Baş Komandanımızın, Prezidentimizin rəhbərliyi altında Füzuli şəhəri və rayonu da digər şəhər və rayonlarımız kimi yenidən qurulacaq, yenidən inkişaf etmiş regionlarımızdan birinə çevriləcək”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!