“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir”.
Bu barədə ASAN Radioya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
XİN rəsmisi qeyd edib ki, diplomatik münasibətlərin qurulması üçün isə qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək lazımdır: “Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!