USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Vaksinlər, onların şprisləri və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq  

Vaksinlər, onların şprisləri  və neft emalı zavodunun modernləşdirilməsi üçün zəruri mallar rüsumsuz idxal olunacaq. 

Nazirlər Kabinetindən ASAN radioya verilən məlumata görə, ölkə iqtisadiyyatının neft məhsullarına artmaqda olan tələbatını tam ödəmək, Avropa ekoloji standartlarına uyğunlaşdırılaraq daha yüksək keyfiyyətə malik neft məhsullarının istehsal edilməsi məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası işləri həyata keçirilməkdədir. Həmin layihə çərçivəsində xərclərin optimallaşdırılması məqsədilə vergi və gömrük sahəsində bir sıra tədbirlər görülüb.

Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına və 2021-ci il dekabrın 31-dək Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük rüsumlarından azad olunub.

 

Hazırda Zavodun modernizasiyası işlərinin davam etdiyini və layihənin maliyyə yükünün artırılmasının zəruriliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş bu Qərarla gömrük rüsumlarından azadolma müddəti əlavə 1 il artırılır.

Bundan başqa, koronovirus (COVID-19) pandemiyasının insan həyatına və sağlamlığına mümkün təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqedici sənədi əsasında yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə rüsumdan azad edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!