Brüsseldə gəncin ölümünə etiraz əlaməti olaraq keçirilən aksiya qarışıqlıqlarla nəticələnib.
Report xəbər verir ki, bu barədə RTBF telekanalı bildirib.Telekanalın məlumatına görə, 23 yaşlı İbrahim B-nin ailəsi vətəndaşları çərşənbə günü dinc etiraz aksiyasına çıxmağa çağırıb. Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) polis bölməsinin qarşısında başlayıb. Təxminən 500 insanın iştirak etdiyi dinc aksiya tezliklə qarışıqlıqlara keçib, buna görə də təhlükəsizliyin təmin olunması üçün əraziyə əlavə polis əməkdaşları cəlb edilib.
Qarışıqlıqların gedişatında bir neçə polis avtomobilinə zərər vurulub, nümayişçilər küçələrdə talanlar təşkil ediblər. RTBF-in məlumatına görə, ən azı 15 etirazçı saxlanılıb. Hadisələrin baş verdiyi yerlərə azı 3 təcili yardım maşını gəlib.
XƏBƏR LENTİ