USD - 1.7 EUR - 2.0652 RUB - 0.0232 TRY - 0.2306 DAHA ÇOX
SON DƏQİQƏ
Operativ Qərargahın yeni qərarlarının sadə izahı Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi Yanvarın 18-dən 5 şəhər və 12 rayonda karantin postları ləğv ediləcək DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib Gürcüstanın hakim partiyasına yeni sədr seçilib
ICESCO-nun Baş direktoru “ASAN xidmət”də

14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Bundan başqa vurğulanıb ki,” ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaq, həmçinin “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

Eyni zamanda görüş zamanı 25 oktyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramı və bu Proqram əsasında təsis olunan qabaqcıl idarəetmə üzrə “ICESCO-nun ASAN mükafatı” barədə geniş müzakirələr aparılıb. “ICESCO-nun ASAN mükafatı”nın ICESCO-ya üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunması nəzərdə tutulur.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq “ASAN xidmət”in onda böyük təəssürat yaratdığını və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsindəki bu qabaqcıl modelinin ICESCO-ya üzv ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıb.

Həmçinin, ICESCO-nun Baş direktoru ölkəmizin elektron hökumət və rəqəmsallaşma sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha çox irəliləyiş əldə etdiyini qeyd edib və müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio