USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Bərdə-Ağdam dəmiryol xəttinin çəkilişinə start verilib

Ağdamın işğal olunması Yevlax-Xankəndi dəmir yolunun rayon ərazisindən keçən hissəsi istifadəyə yararsız hala düşüb.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu səbəbdən  qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.  

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə dəmir yolu xəttinin Bərdə və Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən qurulur.    

“Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin mühəndis-texnoloqu Şəmsəddin Talıbov APA-ya açıqlamasında bildirib ki, hazırda Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi də nəzərdə tutulub.

Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yol ötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb.

Torpaq yatağının işlənməsi ilə bərabər hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır.  

Qeyd edək ki, Bərdə-Ağdam dəmiryolu xətti Yevlax-Xankəndi dəmiryolunun bir hissəsidir. Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşdü. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub. 44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bu polad magistral da bərpa olunaraq, sərnişinlərin ixtiyarına veriləcək .

Hazırda dəmiryolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Dəmiryolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçiriləcək.

İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmiryolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğu, o cümlədən 103 ədəd dəmir-beton boru, 4 heyvan keçidi, 2 böyük yolötürücü qurğu və 2 körpünün tikilməsi planlaşdırılıb. Torpaq yatağının işlənməsi ilə bərabər hazırda bu qurğuların layihələndirilməsi işləri də aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!