USD - 1.7 EUR - 2.0331 RUB - 0.0222 TRY - 0.2117 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq   Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər Bazar gününün hava proqnozu   Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq   Qubadlıda döyüş sursatları aşkar edilib  
“Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq” - Ərdoğan

Dağlıq Qarabağın işğaldan azad edilməsi başda olmaqla, bütün təşəbbüsləri uğurla yekunlaşdırdıq.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə heç vaxt işğalçı düşüncə ilə hərəkət etməyib.

"Heç bir ölkənin torpağında, dənizində, suverenliyində gözümüz yoxdur. Suriyadakı sərhəd əməliyyatları ilə 3 fərqli yerdə terror zəncirini qırdıq. Millətmizin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki hüquqlarının qəsb edilməsinə çalışıldı. Çoxsaylı ikili standartlara baxmayaraq, mənafelərimizi qorumaq əzmindən geri çəkilmədik. Şimali Kiprdə baş verənlərə dözməyəcəyimizi göstərdik. Beynəlxalq hüquq əsasında Liviyanın çevriliş hazırlayanlar tərəfindən işğalının qarşısını aldıq. Bütün bu addımları atarkən işğalçı düşüncəsi ilə davranmadıq. Vətənimizi və hüquqlarımızı qorumağa çalışırıq", - deyə Türkiyə lideri vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio