COVID-19-un üçüncü dalğasının yaşandığı Türkiyədə virusa yoluxanların sırasında uşaqların da sayı artmağa başlayıb. Virusun "Britaniya ştammı"nın xüsusilə 0-9 yaş arası uşaqlara daha çox təsir etdiyi deyilir.
Azvision.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə İstanbul Tibb Fakültəsinin uşaq yoluxu xəstəliklər və klinik immunoloji bölməsinin professoru Ayper Somer bildirib.
Onun sözlərinə görə, son 2-3 həftə ərzində xəstəxanaya yerləşdirilən uşaqların sayı artıb.
“Bu dəfə uşaqlar xəstəliyi daha ağır keçirirlər. Həm də sağalandan sonra onlarda Mis-C sindromu ortaya çıxır ki bu da daha çox ürəyə təsir edir. Ürəyin əzələ iltihabı miokarda səbəb olur. Son günlər yüksək qızdırma və belə problemlə müraciət edən uşaqların sayında artım var. Uşaqlarda koronavirus səbəbindən ürək xəstəliklərindən artım yaşanacaq”, - deyə professor qeyd edib.
XƏBƏR LENTİ