Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ASAN Radio xəbər verir ki, Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Türkiyədə Azərbaycanın uğurlarından qürur duyulduğunu deyən Ruhsar Pekcan Vətən müharibəsi zamanı türk xalqının Azərbaycandakı hadisələri və Prezident İlham Əliyevin fəaliyyətini yaxından izlədiyini, qazanılan uğurlara sevindiklərini bildirib.
Prezident İlham Əliyev Türkiyə xalqının dəstəyini hər zaman hiss etdiyini və Vətən müharibəsində də Türkiyə ictimaiyyətinin Azərbaycanın yanında olduğunu vurğulayıb. Dövlətimizin başçısı müharibənin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi önəmli bəyanatları yüksək qiymətləndirib. Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyə mətbuatının fəaliyyətinə toxunub, müharibə ilə bağlı məlumatların dünyaya yayılmasında onun xüsusi rolunu yüksək qiymətləndirib.
Həm müharibə zamanı, həm də sonrakı dövrdə Türkiyə ictimaiyyətindən çoxlu dəstək məktubları aldığını deyən dövlətimizin başçısı bunun birliyimizin növbəti təzahürü olduğunu bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!