Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.
Görüş zamanı “Baykar” şirkətinin və “Türkiyə Texnoloji Takımı”nın (T3) “Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb. “Deneyap” proqramı uşaq və gənclər üçün 2 illik təlim və 1 il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır.
Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə “Baykar” şirkəti, həmçinin “Türkiyə Texnoloji Takımı” (T3) arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. “Baykar” şirkətinin rəhbəri və " Türkiyə Texnoloji Takımı”nın (T3) həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda jüri üzvü olub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!