USD - 1.7 EUR - 1.7863 RUB - 0.0317 TRY - 0.1022 DAHA ÇOX
YENİLİKLƏR
"QəbuldASAN"da açıqlandı: Hansı halda qaz sayğacının quraşdırılması və xəttin çəkilişi pulsuz olur?  Şimali Makedoniyanın naziri ASAN Radioda olub, özəl müsahibə verib “Mənəvi dəyərlər” verilişi gənclərə həsr olunub Uqanda nümayəndə heyəti "ASAN Radio"da! "Azəriqaz" rəhbəri "QəbuldASAN" verilişində!
MN-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, “Azərbaycan Könüllülər” İB və “ASAN Radio”nun dəstəyi ilə MÜSABİQƏ!

“RƏNGLİ PERİMETR” müsabiqəsi elan edildi!

Müdafiə Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, “Azərbaycan Könüllülər” İctimai Birliyinin və “ASAN Radio”nun dəstəyi ilə uşaq rəsm müsabiqəsi keçirilir. 

Layihə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunub. Müsabiqədə 5-15 yaşadək uşaqlar iştirak edə bilərlər.

Hərbi-vətənpərvərlik mövzusunda rəsm əsərinin fotosu, müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi  [email protected] email ünvanına göndərilməlidir. Rəsmlər 100X100 ölçüsündən böyük olmamalıdır.

Müsabiqə iyunun 14-dən 22-dək davam edəcək. Orijinallığı ilə seçilən əsərlər peşəkar münsif heyəti tərəfindən qiymətləndiriləcək. Əsərlərdən ibarət sərgi təşkil olunacaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!