Şimali Makedoniya ölkəmizin “ASAN xidmət” və rəqəmsal hökumət təcrübəsini öyrənir.
Nümayəndə heyətinin rəhbəri, Şimali Makedoniyanın İnformasiya Cəmiyyəti və Administrasiya naziri Admirim Aliti səfərin yekunları ilə əlaqədar "ASAN Radio"ya müsahibə eksklüziv verib.
Müsahibəni 16:05-də dinləyə bilərsiniz.
Nümayəndə heyəti "ASAN Radio"nun fəaliyyəti ilə tanış olub. "ASAN Radio"nun direktoru Emin Musavi dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radionun iş prinsipi və imkanları barədə qonaqlara məlumat verib.
Anons link: https://www.facebook.com/ASANRadio/videos/574208337419113
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!