USD - 1.7 EUR - 1.748 RUB - 0.0278 TRY - 0.0951 DAHA ÇOX
YENİLİKLƏR
"Mənəvi dəyərlər" verilişi qəbul imtahanı və ixtisas seçiminə həsr edilib ASAN Radioda "Danışır təcrübə" “Ulduz qonaq” “Kinderland”dəki ASAN Radioda!  “Azəriqaz” və "ASAN Radio"nun birgə layihəsi davam edir “Mənəvi dəyərlər” verilişini dinləyin, dəyərləndirin
Xalq artisti Nurəddin Mehdixanlı qiraət edir: “Ədibin Evindən Hekayələr”

“Ədibin Evindən Hekayələr”in növbəti buraxılışının qonağı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlıdır.

Xalq artisti böyük ədib Cəlil Məmmədquluzadənin “Dəllək” əsərini qiraət edib.

“Ədibin Evindən Hekayələr” ASAN Radio ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə media layihəsidir, rəqəmsal mühitdə gənc nəsli oxuya həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıtmaq məqsədi güdür. 

“Ədibin Evi” görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır. 

Kitab qədər sadiq dost yoxdur! Sizi “Ədibin Evindən Hekayələr” layihəsini izləməklə yeni sadiq dostlar qazanmağa dəvət edirik.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!