USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Azərbaycanın ilk təhsilyönümlü və əyləncə mərkəzi “Kinderland” 1 yaşını qeyd edib   Qaz problemi ilə bağlı canlı yayımda “Azəriqaz” rəsmisinə sual verin Alban-Udi Xristian dini icmasının sədri ASAN Radioda tolerantlıqdan söz açdı Camal Nağıyevin “Yüksəliş”indən danışacağıq Xalq artisti Rasim Balayev ASAN Radioda
Azərbaycanın ilk təhsilyönümlü və əyləncə mərkəzi “Kinderland” 1 yaşını qeyd edib  

Dəniz Mall ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən Azərbaycanın ilk təhsilyönümlü əyləncə mərkəzi olan “Kinderland”  fəaliyyətinin 1 illiyini təntənəli şəkildə qeyd edib.

Noyabrın 14-də “Caspian Entertainment” şirkəti dostları və “Kinderland” layihəsinin tərəfdaşları ilə birlikdə əməkdaşlığın birinci ilini təntənəli şəkildə qeyd edib. “Kinderland” bir axşamlıq 80-ci illərin Bakı ab-havasına qayıdıb. Peşəkarlıqla tərtib edilmiş retro dekorasiyalar, o illərin hitləri və yüngül nostalji bütün qonaqları keçmişə aparıb.

 

Tədbirin konsepti ən xırda təfərrüatlarına qədər düşünülmüşdü - o dövrün xatırlanması birbaşa mərkəzin girişindən hiss olunurdu. Burada qonaqları “aerodrom” papaqlı personajlar qarşılayıb, hər kəsi retro üslubda stendin qarşısında xatirə şəkli çəkdirməyə dəvət edirdilər. 

Axşamın əsas elementlərdən biri də musiqi oldu. 80-ci illərin tanınmış motivləri, qonaqların bəzilərinə gənclik dövrlərini, digərinə isə - uzaq keçmişdən bir dövrü həyəcanlı hisslərlə xatırlatdı, hər biri tədbirin  təşkilatçıları tərəfindən peşəkarlıqla canlandırılan həmin dövrə “qayıtdılar”.

Bu axşama dəvət olunan “Kinderland”  tərəfdaşları, Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-a yaxın aparıcı şirkətlərin təmsilçiləri oldular. 

Qeyd edək ki, “Kinderland”də tərəfdaş şirkətlərin brendləri nümayiş etdirilir, əsas fəaliyyətlərinə uyğun olaraq gələcəyin peşəkarları yetişdirilir.

Emin Musəvinin aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində “PAŞA” Holdinqin baş direktoru Cəlal Qasımov belə bir layihənin Azərbaycanın gələcəyi üçün xüsusi əhəmiyyətini qeyd edib:

“Məhz burada uşaqlar peşə seçimi ilə bağlı qərar verə bilərlər. Bunu isə ölkəmizin gələcəyi olan uşaqlara maarifləndirici və əyləncəli formatda etmək olduqca maraqlıdır. Mən şadam ki, “PAŞA” Holdinq müasir Azərbaycan cəmiyyəti üçün belə faydalı və mühüm layihədə iştirak edir. Dəstəklərinə görə bütün tərəfdaşlara təşəkkür edirik! Biz birlikdə “Kinderland”in cəmiyyətə daha da əhəmiyyətli və zəruri olması üçün hər şeyi edəcəyik”.

“Caspian Entertainment Company”nin direktoru Ahmet Haytaoğlu öz növbəsində şirkətin 400 nəfərlik mehriban kollektivinin “Kinderland”  ziyarətçilərinin razı qalması üçün peşəkar və məsuliyyətli çalışdığını qeyd edib:

““Kinderland”  kommersiya layihəsi deyil, ilk növbədə sosial layihədir və bizim üçün ən böyük mükafat uşaqların və onların valideynlərinin üzündə təbəssüm görməkdir. Səmimi və müsbət emosiyalar görərək, biz hər şeyi düzgün etdiyimizi başa düşürük və bundan sonra da eyni ruhda, inkişaf edərək, bütün ziyarətçiləri yaxşı mənada təəccübləndirərək işləməyə davam edəcəyik”.

“PAŞA” Holdinqin Vençur  şirkətlər qrupunun direktoru Elnur Əmikişiyev bildirib ki, o, bir valideyn olaraq, Azərbaycanda uşaqlar üçün bu formatda layihənin olması onu çox sevindirib:

“Pandemiya “Kinderland”  fəaliyyətinin başlanmasına müdaxilə etmiş olsa da işçiləri tərəfindən hər ziyarətçiyə göstərilən xüsusi qayğı və peşəkar xidmət ilə bu unikal layihə artıq 1 ildir uğurla fəaliyyət göstərir, balacaları və onların valideynlərini sevindirir. Əminəm ki, bu uğurlu layihənin uşaqlar üzərində daima böyük qatqısı olacaq”. 

“Caspian Entertainment Company”nin  marketinq, sponsorluq və satış departamentinin direktoru Mehriban Nəzərova çıxışı zamanı vurğulayıb ki, “Kinderland”  ölkəmizdə bir çox yeniliklərə imza atıb:

“Kinderland”  Azərbaycana bir çox yeniliklər gətirib – layihənin unikal konsepti və orijinal dekorativ-memarlıq həlləri ölkəmizdə ilk dəfə olaraq “Kinderland”ın yaradılması zamanı tətbiq edilib. Lakin ən əsası, 37 brendlə təmsil olunan layihə tərəfdaşlarının - ölkənin aparıcı şirkətlərinin əvəzsiz dəstəyidir. “Kinderland”  ilə əməkdaşlıqda maraqlı olan tərəfdaşların sayı artmaqda davam edir və bu, bizi yalnız sevindirir”. 

Tədbirin rəsmi hissəsi layihənin inkişafına töhfə vermiş və verməkdə davam edən hər bir tərəfdaşına “Kinderland”in simvolik açarların təqdim edilməsi ilə başa çatıb.

Sonra qonaqlar furşetə dəvət olunublar, burada səmimi şəraitdə birgə əməkdaşlığın davam etdirilməsi üçün gələcək planlar və perspektivləri müzakirə ediblər. Retro gecəni həqiqətən unudulmaz edən “Karvan” kult qrupunun keçmiş solisti İlqar Xəyalın çıxışı da olub. 
“Kinderland”, ziyarətçilərinin buradan xoş təbəssümlə ayrılması və balaca dostlarının öyrəndiklərini real həyatda tətbiq etmələri üçün təhsilyönümlü əyləncə  fəaliyyətini daha da güclü formada davam etdirəcək!

“Kinderland”ın qiymətləri və iş saatları ilə link-ə keçid edərək tanış ola bilərsiniz.

Əlaqə telefonları - (+994 12) 525 44 04, (+994 10) 525 44 14
Rəsmi sayt - https://Kinderland.az/, sosial şəbəkələr - “Instagram”, “Facebook”; “YouTube”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!