USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünya Hökumət Sammitində “ASAN xidmət”lə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 10-cu Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, Dünya İnnovasiyalar Şəbəkəsinin (TWIN Global) həmtəsisçisi və rəhbəri Robert Volkotla keçirilən görüş zamanı xidmətlərin göstərilməsi zamanı ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb və əməkdaşlığa dair ilkin razılıq əldə olunub.

Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə keçirilən görüşdə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrasının uğurla davam etdiyi vurğulanıb. Memorandumun implementasiyası çərçivəsində Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi, müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində görülən işlərdən söz açılıb.

Həmçinin Dövlət Agentliyinin nümayəndəsi tədbir çərçivəsində “Dövlət xidmətləri” mövzusuna həsr edilmiş xüsusi sessiyada çıxış edib. Dövlət xidmətlərinin və xidmət mərkəzlərinin gələcəyinin dizayn edilməsi istiqamətində aparılan müzakirələr zamanı Dövlət Agentliyi tərəfindən ötən illər ərzində bu xüsusda görülmüş işlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və planlaşdırılan layihələr barədə sessiya iştirakçıları məlumatlandırılıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!