USD - 1.7 EUR - 1.8451 RUB - 0.0174 TRY - 0.0497 DAHA ÇOX
YENİLİKLƏR
ASAN TV "ABAD" etno-butikdə Məsud Aşina qrant qazandı Onlar ianələri ilə şəhidimizin yadigarı Eldarı YAŞATdılar! "QəbuldASAN" verilişinin qonağı MÜTDA-nın direktoru Eşqi Bağırovdur Dünyaşöhrətli professor Məsud Aşina ASAN TV-də
"YAŞAT" Fondu şəhid övladları üçün Antalyada düşərgə reallaşdırır

"YAŞAT" Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsinə start verilir.

Düşərgə iştirakçıları iyulun 14-də Bakıdan yola düşüblər. Şəhidlərimizin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi 21 iyul tarixinədək davam edəcək. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər. Həmin düşərgə isə 29 iyul - 3 avqust tarixini əhatə edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur. Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir.

Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər. Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup yay məktəbində iştirak məqsədilə Londona gedib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!