USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

ASAN Radio xəbər verir ki, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Gecədə Azərbaycanın tanınmış xanəndə ustadları, ziyalılar, həmçinin Tiflisdən dəvət olunmuş mədəniyyət xadimləri iştirak edəcəklər.

Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Beynəlxalq Muğam Mərkəzində baş tutacaq yubiley gecəsi 100 FM tezliyində yayımlanan ASAN Radioda canlı yayımlanacaq.

ASAN Radio xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsinin rəsmi informasiya tərəfdaşıdır.

Məlumat üçün:

Bülbülcan adıyla daha çox tanınan Əbdülbağı Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanıb. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülüb.

1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşayıb. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr edib.

1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs deyib. 1929-cu ildə vəfat edib. Zülalov ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!