USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN Radio Britaniyanın populyar "Selector" radio-şousunu yayımlayacaq

"British Council" və ASAN Radio Böyük Britaniyada populyar olan "Selector" radio-şousunun 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda yayımlanması barədə razılığa gəliblər. Mükafata layiq görülmüş proqram Britaniya musiqi irsinin bütün janrlarını - indi ("independent" (müstəqil) sözündən götürülüb), dabstep, xalq musiqisi, soul, elektronik musiqi və bir çox digər musiqi üslublarını əhatə edir.  

"Selector" radio-şousu 2017-ci ilin yanvar ayından başlayaraq hər həftənin şənbə günü saat 21:00-da və bazar günü saat 16:00-da onlayn və 100 FM dalğasında yayımlanan ASAN Radioda DJ Bazaurun təqdimatında səsləndiriləcək

ASAN Radio xəbər verir ki, British Council-ın təşəbbüsü ilə hazırlanan "Selector" radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş auditoriyaya malikdir və London şəhərindən həftəlik olaraq yayımlanır. "Selector" radio-şousu Britaniyanın məşhur ifaçılarının yeni işıq üzü görən albomlarını təqdim etməklə yanaşı dinləyiciləri gənc istedadlı musiqiçilərlə tanış edir.

Radio-şounun hər buraxılışında müsahibələrə, musiqi tənqidçilərinin fikirlərinə, canlı ifalara və studiya yazılarına yer verilir. Uzun illər ərzində şounun aparıcısı DJ Qoldiroks (Goldierocks) çoxsaylı məşhur ifaçıları, o cümlədən, Tayni Tempa (Tinie Tempah), "Metronomy" qrupu, Cessi Uer (Jessie Ware), "Bombay Bicycle Club" indi-rok qrupu, "The Horrors" rok qrupu, "London Grammar" musiqi kollektivi və digərləri ilə işləyib.

2005-ci ildə sözügedən radio-şou Böyük Britaniyanın həftəlik yayımlanan ən yaxşı radio-proqramı hesab olunub və "Sony Radio Academy Award" mükafatına layiq görülüb. "Selector" proqramı Mixcloud Mükafatlarına, Britaniyada Rəqəmsal Formatda olan Musiqi Parçalarına görə verilən Mükafatlara və Nyu-York Festivalının Mükafatlarına layiq görülüb və nüfuzlu KİV festivallarında İsveçrə və Macarıstanda ən yaxşı radio-şousu titulunu qazanıb. "Selector" radio-şousu haqqında ətraflı məlumat əldə etmək üçün http://music.britishcouncil.org/the-selector linkinə daxil olun.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında yayıma başlayıb. Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.

British Council Azərbaycanın direktoru Elizabet Uaytın yeni layihə ilə bağlı bunları deyib:  "Bu yeni ilin mükəmməl başlanğıcıdır. ASAN Radio ilə yeni tərəfdaşlıq münasibətlərinin qurulması nəticəsində yeni Britaniya musiqinin ən yaxşı nümunələrinin bəziləri qabaqcıl və cəlbedici radio stansiyaya, habelə, onun çoxçeşidli və çoxsaylı auditoriyasına təqdim olunur. Dinləmək şansını qaçırmayın!"

Əlavə məlumat əldə etmək üçün:

Dilarə İbrahimova | İncəsənət üzrə menecer

British Council | Nizami küç., 96, 8 mərtəbə, The Landmark III, Bakı AZ1010| Azərbaycan

T +994 12 497 1593 | F + 994 12 498 9236

[email protected]   | www.britishcouncil.az 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!