USD - 1.7 EUR - 1.9241 RUB - 2.1329 TRY - 0.0436 DAHA ÇOX
YENİLİKLƏR
"Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu    28 aprel - 4 may   #AYNA-nın şöbə müdiri Tural Orucov "QəbuldASAN"da Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
ƏƏSMN-nin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

ASAN Radio xəbər verir ki, 2016-cı ildə “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin e-xidmətlərdən istifadəyə maraq getdikcə artmaqda davam edir və ötən ilin dekabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı əvvəlki noyabr ayı ilə müqayisədə 56,1 faiz çoxalaraq 889 326-ya çatıb. Ümumilikdə 2016-cı il ərzində əhali nazirliyin elektron xidmətlərindən 6 549 994 dəfə faydalanıb.

2016-cı il əzrində “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Ötən il nazirliyin ən çox müraciət edilən e-xidməti “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Belə ki, qeyd edilən dövrdə bu e-xidmətə 1 milyon 971 min 872 dəfə müraciət qeydə alınıb. İkinci ən çox istifadə olunan elektron xidmət isə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. 2016-cı il fevral fevral ayının 22-də “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən əhali cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edib.

Nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlərindən istifadə göstəricilərində də artım özünü göstərib. Eyni zamanda, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru” və digər e-xidmətlər də portalda geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!