USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rejissor Şahin Zəkizadə vəfat etdi

ASAN Radio rejissor Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğluna istinadən xəbər verir ki, tanınmış rejissor Şahin Zəkizadə uzun sürən ağır xəstəlikdən sonra bir neçə dəqiqə əvvəl vəfat etdi.

Xatırladaq ki, bir neçə gün əvvəl komaya düşən Şahin Zəkizadənin vəziyyəti agır idi. Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş Həkimi Adil Nuriyev ASAN Radioya verdiyi məlumata görə, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris terapevtik klinikasında müalicə alırdı və həkimlər onun sağalması üçün müasir tibbin bütün metodlarını tətbiq ediblər.

ASAN Radio olaraq biz də Allahdan Şahin Zəkizadəyə rəhmət diləyir, mərhumun ailəsinə, yaxınlarına, dostları və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, Şahin Zəkizadənin 38 yaşı var idi. Martın 5-də onun 39 yaşı tamam olacaqdı.

Şahin Zəkizadə ilə vida mərasimi Yasamal rayonunda sabah fevralın 17-də saat 9:00-da yaşadığı ünvanda keçiriləcək. Mərhum Maştağa qəsəbəsindəki Seyyidlər qəbiristanlığında dəfn ediləcək.

ALLAH RƏHMƏT ELƏSİN!

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!